Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Avropa Oyunlarının təqdimatı - Qətərdə

Qətərin paytaxtı Doha şəhərində mayın 6-11-də güləş üzrə böyüklər arasında Asiya çempionatı keçiriləcək. Çempionatdan öncə Dünya Güləş Birliyi Asiya Şurasının növbəti Konqresi keçirilib.

Simsar.az anspress-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da iştirak ediblər. Konqresdə tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı da keçirilib.

Əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd nümayiş etdirilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Avropa Oyunlarına hazırlıq işləri və Oyunların dünya idman tarixində əhəmiyyəti barədə ətraflı məlumat verərək, ölkəmizin bu tarixi hadisəyə ciddi hazırlaşdığını bildirib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqətdə saxladığını qeyd edən AGF rəsmisi Oyunların təşkili üçün tikilən və yenidən qurulan idman arenaları barədə də məlumat verib.

Bildirilib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün yerli və xarici mütəxəssislərin təcrübəsindən faydalanıb.

İki il bundan öncə bir çoxları üçün mümkünsüz görünən işlər həyata keçirilib. Bir çox idman obyektləri ilk dəfə tikilib, bəziləri təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su idmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi Olimpiya stadionu tikilib istifadəyə verilib. Əl Oyunları İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib.

AGF I vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi Asiya Şurasının üzvlərini iyunun 12-28-də Bakıda baş tutacaq ilk Avropa Oyunlarına dəvət edib.






6 May, 2015  10:39 Baxılıb: 1138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner