Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İyunun 1-dən 845 min nəfərin pensiyası artacaq

Səlim Müslümov: "390 milyon manat vəsait tələb olunacaq” 

2010-cu ilin yanvar ayının 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.

Simsar.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. S. Müslümov bildirib ki, qanun layihəsinə mayın 17-də parlamentin plenar iclasında baxılacaq. DSMF sədrinin sözlərinə görə, təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq: “1,94 göstəricisi hesablanan zaman 2006-cı ildən 2010-cu ilədək istehlak qiymətlərinin dəyişməsi nəzərə alınıb. 2006-cı ildə Azərbaycanda inflyasiya 8,3 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə isə 5,7 faiz təşkil edib". 


S.Müslümov bu dəyişikliklərin bütün kateqoriyalı pensiyaçılara aid olduğunu deyib. O, qeyd edib ki, ilkin hesablamalara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq: “Bu artımların maliyyələşdirilməsi üçün bir il ərzində təqribən 390 milyon manat vəsait tələb olunacaq”.


DSMF sədrinin sözlərinə görə, hesablama nəticəsində pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.






13 May, 2011  21:54 Baxılıb: 1309 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner