Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hansı jurnalistlər qalib oldu?

DSMF müsabiqənin nəticələrini açıqladı

 

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kütləvi informasiya vasitələri üçün "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan etdiyi müsabiqənin qalibləri cümə günü mükafatlandırılıb. Trend-in məlumatına görə, "Ən yaxşı məqalə" nominasiyası üzrə I yerə İlhamə İsabalayeva Azəri-Press Xəbər Agentliyində (APA) dərc olunan yazısına görə, II yerə İlahə Məmmədli "Trend" İnformasiya Agentliyində dərc olunan yazısına görə mükafatlandırılıb.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, fevralın 20-də elan edilmiş bu müsabiqə ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq keçirilib. Müsabiqəyə həm televiziyalar, həm də qəzetlər böyük maraq göstəriblər.

Müsabiqəyə sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına xidmət edən islahatların, xüsusilə də avtomatlaşdırılmış pensiya təyinatına keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr, televiziyada göstərilmiş telesüjetlər təqdim edilib.

Müslümov əlavə edib ki, Fond sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədilə yeni layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr icra olunarkən kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə ediləcək.

Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalə" nominasiyası üzrə ikinci yerə İlahə Məmmədli ilə yanaşı, Samir Mustafayev "Azərbaycan" qəzetində dərc olunan yazısına görə, III yerə (3 nəfər) İradə Ağayeva "Азербайджанские Известия" qəzetində dərc olunan yazısına görə, Murad Baxşəliyev "Paritet" qəzetində dərc olunan yazısına görə və Akif Nəsirli "Paralel" qəzetində dərc olunan yazısına görə layiq görülüblər.

Televiziya kanallarında verilmiş ən yaxşı telesüjetlər üzrə isə I yerə Zümrüd Dəmirova ("Xəzər" televiziyası), II yerə (2 nəfər) Əli Rzayev ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) və Sülhiyyə Şirinova ("Space" Müstəqil Televiziya və Radio Şirkəti), III yerə (2 nəfər) Rasim Şərifov ("Lider" televiziyası) və Neyman Səfərəliyev ("ANS" Müstəqil Yayım və Media Şirkəti) layiq görülüblər.

Müsabiqədə Rəşad Baxşəliyev "Şərq" qəzetində dərc olunan yazısına görə, Xalid Vahidoğli "Üç nöqtə" qəzetində dərc olunan yazısına görə,  Rəsmiyyə Rzalı "Azərbaycan" qəzetində dərc olunan yazısına görə, Cəmilə Əsgərxanqızı "Həftə içi" qəzetində dərc olunan yazısına görə, Ülkər Nəbiyeva "525-ci qəzet"də dərc olunan yazısına görə, Xalid Məmmədov "Azərbaycan Dövlət Teleqraf Agentliyi"ndə (AzərTAc) dərc olunan yazısına görə, Babək Göyüş "Üç nöqtə" qəzetində dərc olunan yazısına görə, Yusif Seyid "Paralel" qəzetində dərc olunan yazısına görə, Ruhiyyə Daşsalahlı "Yeni Azərbaycan" qəzetində dərc olunan yazısına görə, Vüqar Haqverdiyev "Milli.az" xəbər portalında dərc olunan yazısına görə mükafata (fərqlənmə) layiq görülüblər.

 






13 May, 2011  21:11 Baxılıb: 1277 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner