"Barselona"ya 4 ulduz futbolçu təklif olunub. Simsar.az-ın məlumatına görə, bu barədə Kataloniyanın "Sport" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, FIFA-nın qoyduğu transfer qadağası səbəbindən yayda transfer edəcəyi futbolçuları gələn ilin yanvarınadək oynada bilməyəcək "Barselona"ya menecerlər 4 futbolçu təklif edib.
Qəzet onların adlarını da açıqlayıb: "Mançester Yunayted"dən Xuan Mata, Ander Herrera, Ueyn Runi və "Mançester Siti"dən David Silva. "Barselona" istəsə, qısa zamanda onların transfxerini həyata keçirə bilər.