Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Aytacın qohumları prokurorluq qarşısına toplaşdılar - Fotolar

Bu saatlarda Bakının Nizami rayon prokurorluğunun qarşısında 8 bıçaq zərbəsilə öldürülən 11-ci sinif şagirdi Aytac Babayevanın yaxınları toplaşıblar.

Simsar.az-ın ans press-ə istinadən məlumatına görə, prokurorluq qarşısına toplaşan Aytac Babayevanın qohumları, sinif yoldaşları və onu tanıyan hər kəs Aytaca 8 bıçaq zərbəsi vuran İzzət Hüseynova ömürlük həbs cəzası verilməsini tələb edirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızı vəhşicəsinə qətlə yetirilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən İ.Hüseynov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı qətl hadisəsinin təfərrüatlarına aydınlıq gətiriləcək.

 






2 May, 2015  14:32 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner