Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: "Ermənistan işğalı davam etdirir" - VİDEO

"Ölkələr arasında münasibətlərin normallaşması üçün ən əsas maneə - nə tarixi, nə hüquqi, nə də siyasi əsasları olmayan Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsidir". Simsar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" kanalına müsahibəsində bildirib.

Prezident xatırladıb ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Həmin sənədlərə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməli idi. "20 ildən artıq zaman keçməsinə baxmayaraq, həmin qətnamələr kağız üzərində qalıb. Yəni, beynəlxalq hüquq kobud şəkildə pozulub. Öz torpaqlarından qovulan 1 milyondan artıq insanların hüquqları pozulub", - İ.Əliyev qeyd edib.

Azərbaycan Prezidenti vurğulayıb ki, erməni tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə və iki ölkənin cəmiyyətləri arasında əlaqələrin qurulmasına mane olur.

"Bir neçə il bundan əvvəl birgə görüşlər, deputatların görüşlərini keçirmək cəhdləri olub, biz hətta bu formatı genişləndirmək istəyirdik. Lakin Ermənistan bunun yaxınlaşma və dostluq münasibətlərinə getdiyini görən kimi hər şey ləğv olundu", - prezident İ.Əliyev bildirib.

Jurnalistin Azərbaycan və Ermənistan prezidentlərinin mayın 9-da Qələbə paradında iştirak etmək üçün Moskvaya səfərləri zamanı görüşmək ehtimallarına dair sualını cavablandıran İ.Əliyev qeyd edib ki, belə bir görüş nəzərdə tutulmayıb. O vurğulayıb ki, erməni tərəfi müxtəlif yollarla danışıqlar prosesinə mane olmağa və status-kvonu saxlamağa cəhd edir.

"Bizə elə gəlirdi ki, irəliyə doğru gedirdik. Lakin təmas xəttində gərginliyi azaltmaq haqqında razılığa gəldiyimiz Paris görüşündən iki həftədən də az bir müddətdən sonra Ermənistan işğal olunmuş Ağdam rayonunda genişmiqyaslı təlimlər təşkil etdi. Buna ehtiyac yox idi, bu danışıqlar prosesinin pozulmasına yönəlmiş açıq-aşkar təxribat idi".

"İşğal davam edir və təəssüf ki, Ermənistan bu prosesi uzatmağa çalışır. Ermənistan anlamalıdır ki, işğal əbədi davam edə bilməz. Bunun sonu nə qədər tez gələrsə, bir o qədər yaxşı olar", - Azərbaycan Prezidenti bildirib.






2 May, 2015  12:14 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner