Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Enlibalaq şalvarları kimlər geynir?

Hippilər modaya necə təsir ediblər?

Saçlarda çiçəklər, enlibalaq şalvarlar, yaxası açıq köynəklər, ayaq yalın geyinilən səndəllər, çoxsaylı qolbaqlar, dairəvi eynəklər və psixodelik rəngli geyimlər. Simsar.az xəbər verir ki, Buro24/7 hippi hərəkatının hesabına kult geyimlərə çevrilən əşyalar barədə danışır.

Tay-day
Bu parça rəngləmə texnikası Qədim Hindistan və Çində yaranıb, ancaq 20-ci əsrdə hippilərin hesabına populyar olub. Bu il o, yenə dəbdədir: Micheal Kors, Fausto Puglisi və Emilio Pucci kruiz kolleksiyalarında futbolka, geyim və hətta tie-dye şalvarlarına rast gəlmək olar.

Enlibalaq şalvarlar
Uzaq 1813-cü ildə bu şalvarlar Amerika matroslarının uniformasının bir hissəsi idi. Ancaq 20-ci əsrin 60-cı illərində bu şalvarlar sıravi vətəndaşların qarderobuna köç etdi. Bu isə yenə də hippilərin sayəsində baş verdi. Ancaq bu kleş şalvarlar müəyyən dəyişikliklərə məruz qaldı: yanlardan genişlənən hərbi şalvarlardan fərqli olaraq, hippi şalvarları dizdən genişlənirdi. Müasir dəb də kleşlərə üstünlük verir, onlar 90-cı illərdə qeyri-adi populyarlıq dalğası yaşadılar və hazırda da mövsümün əsas tendensiyalarının siyahısında yer alır. Bu il onları Gucci, Marni, Missoni və digər brendlərin kolleksiyalarında tapmaq olar.

Etnik motivlər
Mokasinlər, hindulardakı kimi qolbaqlar və jiletlər, Afrika daşik geyimləri, hind köynəklər və tuniklər, səndəllər, boş donlar, ənənəvi çiçək naxışlar - heç bir subkultura özünə bu qədər etnik motiv daxil etməyib. Yeni mövsümdə Dsquared2, Anna Sui və Burberry kimi brendlərin Amerikanın yerli sakinlərinin kostyumlarından ilhamlanmasının da səbəbi hippilərdir.

Bəzək əşyaları
Hippilər hindulardan təkcə geyim deyil, həm də bəzək əşyalarını "götürüblər": müxtəlif cür toxunmuş qolbaqlar, fırçalı və talismanlı uzun muncuqlar. Bu aksessuarları dostluğun nişanı olaraq hədiyyə də etmək olar. Başa dənizçilər kimi bandana və yaylıqlarla sarımağı, saçları çiçəklər və çələnglə bəzəməyi, rəngli dairəvi linzalarla eynəklər geyinməyi də onlar düşünüblər.

Təbii parçalar
Hippilər ilkin təmizlik, təbiətə qayıtmağa can atırdılar. Uyğun olaraq onlar sintetik parçalardan imtina edirdilər. Onların ənənəsinə bu gün məşhur dizaynerlərin bəziləri qoşulub: İrina Karavay, Stella Makkartni və Mariya Qratsiya Kyuri və Pyerpaolo Piççoli dueti.

Şüarlar və rəsmlər
Hamının tanıdığı "All you need is love", "Make love, not war" və "Give peace a chance" sloqanları hansısa anda plakatlardan rəngli futbolkalara "köç etdilər" və hazırda geyimlərdə müasir printlərin əksəriyyətini bu yazılar bəzəyir.

 






2 May, 2015  11:25 Baxılıb: 1383 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner