Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AZAL uçuş zamanı mobil rabitədən istifadəyə icazə verdi

İlin sonunadək "Azərbaycan Hava Yolları " QSC-nin (AZAL) daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi xidmətlərindən istifadə etmək mümkün olacaq. Bunu Simsar.az-a "Azerfon" şirkətinin (Nar-ın ticarət markası) satış üzrə direktoru Samir Məmmədov deyib.

O bildirib ki, rabitə xidməti AZAL-ın uzaq məsafələrə uçuşlar həyata keçirən sərnişin təyyarələrində işə salınacaq. Hazırda AZAL-ın 9 təyyarəsində, xüsusi ilə "Airbus" avialaynerlərində rabitə xidmətindən istifadə etmək olar.

Qeyd edək ki, "Azerfon" 2013-cü ilin fevralından AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərini göstərməyə başlayıb. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manatdır. SMS göndərişi 0,50 manat təşkil edir. Daxil olan SMS pulsuzdur. MMS-in göndəriş qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manatdır.






2 May, 2015  09:24 Baxılıb: 876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner