Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-ı qara basdı, həbslər başlayır

ABŞ-ın Baltimor şəhərində 6 polisi qaradərili Freddi Qreyin qətlə yetirilməsində ittiham olunurlar.

Simsar.az-ın məlumatına görə, Baltimor şəhərinin prokuroru Merilin Mosbi verdiyi açıqlamada deyib ki, polis zabitlərinə qarşı cinayət işi açılması üçün səbəblər var. O deyib ki, ştat tibbi ekspertizası Qreyin polis təcridxanasında qətlə yetirildiyini müəyyən edib.

Onun sözlərinə görə, aprelin 12-də hospitala aparılan zaman Qreyin kəskin boyun ağrıları olub. O deyib ki, onun təhlükəsizlik kəməri bağlanmayıb və hətta tibbi yardıma ehtiyacı olduğunu söyləməsinə baxmayaraq zabitlər onu heç bir kömək etməyib. Xanım Mosbi habelə deyib ki, 25 yaşlı Qreyin üzərindən tapılan bıçaq açılıb-bağlanan cib bıçağı olub və onun bu bıçağı üzərində daşıması qanunidir.

Polis zabitlərinə qarşı ittihamlara qeyri-iradi adam öldürmə, ikinci dərəcəli hücum, idarədə kobud rəftar və yanlış həbsetmə daxildir.

Prokurorun açıqlamasından əvvəl isə Baltimor rəsmiləri sakinləri prokurorlar qərar qəbul edənədək sakit və səbirli olmağa çağırmışdı.

Dünən polis ölümlə bağlı öz hesabatlarındakı açıqlamaları ştatın prokurorluğuna təqdim etmişdi. Daxil təhqiqatın nəticələri isə ictimaiyyətə açıqlanmamışdı. Ştat Tibbi Ekspertiza İdarə bildirib ki, onlar Freddie Qreyin autopsiya məlumatlarını da prokurorlara göndəriblər.






1 May, 2015  22:52 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner