Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Abdullah Gül Heydər Əliyev Mərkəzində - FOTO

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül mayın 1-də Heydər Əliyev Mərkəzini ziyarət edib.

Qonaq əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə tarixində xidmətlərini, həyata keçirdiyi beynəlxalq miqyaslı layihələri özündə əks etdirən foto və videomateriallara, eksponatlara baxıb.

Abdullah Gül, həmçinin ölkəmizin tarixini və mədəni irsini əks etdirən “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıb, eləcə də Mərkəzin qeyri-adi gözəlliyə və akustikaya malik Auditorium zalında olub.

Türkiyənin sabiq Prezidenti Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına layiq Mərkəzi ziyarət etməkdən məmnunluq duyuram. Mərkəzdə yer alan sərgilərdə Azərbaycan mədəniyyətinin, tarixinin və xüsusilə də Heydər Əliyevin Azərbaycana göstərdiyi çox dəyərli xidmətlərin ən gözəl şəkildə əks etdirildiyini məmnuniyyətlə müşahidə etdim. Bu sərgilərdə, eyni zamanda, ortaq mədəniyyətimizə və tariximizə, qardaşlıq bağlarımıza aid izlər də tapdım”, - deyə Abdullah Gül qeyd edib.

 






1 May, 2015  22:22 Baxılıb: 1015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner