Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Neftçi"-dən yeni layihə - FOTO + VİDEO

“Neftçi”nin Müşahidə Şurasının ilk iclasında qəbul olunmuş “Stadium Tour” layihəsinə start verilib.

Simsar.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, layihənin ilk qonaqları 16 yaşlı qızlardan ibarət komandamızın üzvləri olub. Görüşdə futbolçular əvvəlcədən müəyyən olunmuş marşruta əsasən 8-ci kilometr qəsəbə stadionunun ərazisini gəziblər. Onlara ilk olaraq arenanın media mərkəzi və mətbuat zalı göstərilib. Daha sonra qonaqlar stadionun “Neftçi” PFK-ya aid paltardəyişmə otağında olublar.  “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvləri, veteran futbolçular – Mübariz Zeynalov, Səməd Qurbanov, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və digər nümayəndələr “Mix Zone”nın qarşısında futbolçularla görüşüblər. Rəsmilər “Neftçi”nin tarixində qızlardan ibarət ilk komandanın üzvlərinə öz tövsiyələrini verib və onlara karyeralarında uğurlar arzulayıblar.

Bundan sonra “Stadium Tour” meydançada gəzinti ilə davam edib. Qonaqlara “Neftçi”nin rəmzi olan hədiyyələr - forma və şərf təqdim olunub. Mərkəzi “Skybox”ları gəzən futbolçulara stadionun “catering” bölməsi göstərilib. Tədbirin sonunda qonaqlara xatirə şəkilləri təqdim olunub.


 

 

 

 






1 May, 2015  17:12 Baxılıb: 1890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner