Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çaylardakı mövcud vəziyyət açıqlanıb

“Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir”.  Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Mayın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 493 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 475 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 141 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Mayın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 41, Şirvanda 32, Salyanda 27, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2014-cü il mayın 01-də 343 sm), Şirvanda 289 sm (2014-cü il mayın 01-də 202 sm), Salyanda 220 sm (2014-cü il mayın 01-də 132 sm), Bankədə 203 sm (2014-cü il mayın 01-də 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2014-cü il mayın 01-də 73 sm) təşkil edir.






1 May, 2015  16:24 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner