Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Dünya Azərbaycanlıları Konqresi bəyanat yaydı

Bir neçə gün öncə Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbul şəhərində XIII qurultayı keçirilib.

DAK  Mətbuat və İnformasiya xidmətindən Simsar.az-a verilən məlumata görə, qurultayda DAK İdarə Heyətinin üzvləri seçilib, eyni zamanda, konqresin həmsədləri, ölkə nümayəndəliklərinin rəhbərləri müəyyənləşib. İsmayıl Ağayev əvvəlki kimi DAK-ın Azərbaycan nümayəndəliyinin başçısı təyin edilib.

Qurultaya müəyyən səbəblərdən DAK- dan uzaqlaşmış bir sıra köhnə, təcrübəli DAK üzvləri də qatılıb və bu adda alternativ qurum yaratmağın milli işə xəyanət olduğu qeyd edilib.

Bəyanatda bildirilir:

Belə düşümək olardı ki, belə uğurlu qurultaydan və Azərbaycan nümayəndəliyinin qurultaydan sonrakı dəyərli tədbirlərindən sonra  bütün iddialara son qoyular. Təəssüf  ki, belə olmadı  və  DAK- a aiddiyyəti olmayan adamların bu təşkilatın adından danışmaq hikkəsi davam edir.
Bu baxımdan  Səftər Rəhimlinin  DAK- ın Azərbaycan nümayəndəliyinin adından danışması və ya hansısa tədbir keçirməsi mövcud prosedurlara görə hüquqi cəhətdən yolverilməzdir. Çünki, Səftər Rəhimli xeyli müddətdir ki, DAK sıralarından xaric edilib.

Nəzərinizə çatdırırıq ki, Əliyar Səfərli də DAK İdarə Heyətinin üzvü deyil. O, vaxtilə DAK-ın Məşvərət Məclisində təmsil olunub. Eyni zamanda, vaxtilə təşkilata rəhbərlik etmiş Qulamirza Səbri Təbrizinin də uzun müddətdir DAK-da heç bir fəaliyyəti yoxdur. Ümumiyyətlə, DAK nizamnaməsində hüquqi baxımdan  fəxri sədrlik deyilən bir struktur yoxdur. Bu adamların heç biri qurultayda iştirak etməyiblər. Görünür ki, dünyada geniş əks-səda doğuran qurultay bəzi qüvvələrin narahatlığına səbəb olub. Ona görə də ictimai rəyi çaşdırmağa hesablanmış addımlar atırlar. Birləşmə ilə nəticələnən qurultayımızın qəbul edilmiş sənədlərindən və qərarlarından sonra  hüquqi baxımdan heç  bir  statusu  və   DAK- a aidiyyəti olmayan şəxslərin bu addımı DAK- ı parçalamaq üçün illərlə aparılan anti-milli işin davamıdır. Bu yolla Azərbaycanın vahid, mütəşəkkil, güclü diaspor təşkilatına malik olmasını əngəlləməyə çalışırlar.

DAK olaraq bir daha bəyan edirik ki, İstanbulda keçirilən birlik qurultayında   Sabir Rüstəmxanlı və Firudin Pərvizli artıq heç bir alternativi olmayan Dünya Azərbaycanlıları  Konqresinin  həmsədrləri seçiliblər. İsmayıl Ağayev də DAK-ın Azərbaycan  Nümayəndəliyinin başçısıdır. Qurultayın iradəsinə qarşı atılan hər hansı bir addım ictimaiyyət tərəfindən qətiyyətlə  pislənilməlidir.

Hüseyn İbadlı






1 May, 2015  16:10 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner