Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kolleclərə ərizə qəbulu başladı

Bu gündən ümumi orta təhsil bazasında (9 illik) Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizələrin qəbulu başlanıb.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasından (TQDK)  Simsar.az-a  verilən xəbərə görə, bu proses mayın 31-dək davam edəcək.

Ərizə təqdim etmək istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex/erize) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə Komissiyanın internet saytında “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrinin təsdiq olunmasını təmin edirlər.
Azərbaycanda orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər. 9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20-dən iyunun 2-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçirlər. Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin bəzi ixtisasları (həmin ixtisaslar “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunacaq) üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.
Qeyd edək ki, ərizə qəbulu haqqında elan, qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar yaxın günlərdə “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunacaq.






1 May, 2015  15:46 Baxılıb: 634 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner