Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanda intellektual suallar bazası yaradıldı

“Azərbaycan” İntellektual Oyunlar Klubu ad günü ərəfəsində intellektual hərəkata öz töhfəsini verib.

Simsar.az xəbər verir ki, ötən həftədən etibarən "Azərbaycan" İntellektual Oyunlar Klubunun rəsmi internet səhifəsində - www.aiok.az klubumun paketlərindən ibarət sual bazası üçün qeydiyyata start verildi.

Sual bazası Azərbaycan dilindədir və "premyer liqa", "sinxron çempionat", "məktəbli çempionatı", "breyn rinq", "fərdi oyun" və "turnirlər" olaraq qruplaşdırılıb. Sonrakı mərhələdə rus dilində sual bazasının da açılması planlaşdırılır.

İntellektuallar qeydiyyatdan keçərkən maraqlı olacaq kateqoriyanı seçə, e-mail ünvanlarına gələcək olan loqin və parol ilə bazaya daxil olub müvafiq kateqoriyalı suallarla məşq edə bilərlər.

Bundan əlavə klub qeydiyyat və sonrakı istifadə ilə bağlı çətinliklər, irad və təkliflər varsa onları həyata keçirməyə hazırdır. “Azərbaycan” İntellektual Oyunlar Klubu bu sahədə bütün klublar, müəlliflər və maraqlı şəxsləri əməkdaşlığa dəvət edir.

Eyni zamanda “Azərbaycan” İntellektual Oyunlar Klubuna məşq keçməklə bağlı istəkləri olan komandalar da müraciət edə bilər, onlara da klub tərəfindən maraqlı təkliflərin olacağı deyilir.
Qeydiyyat linki - http://aiok.az/nhndbreg






1 May, 2015  14:40 Baxılıb: 2379 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner