Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gözlərimizi çıxaran gün eynəkləri – ARAŞDIRMA

Yaz-yay mövsümünün əsas aksesuarlarından biri gün eynəkləridi. Bu fəsillərdə eynəksiz demək olar ki, az insana rast gəlinir. Ancaq satışda heç də həmişə keyfiyyətli eynəklər olmur. Mart  ayından başlayaraq şəhərin müxtəlif yerlərində ucuz, yəni saxta eynəklər satılır. Bu yazıda saxta gün eynəklərinin insan sağlamlığına yetirdiyi fəsadları araşdırmağa çalışacağıq.

İlk eynəklər əllə tutulurdu “lorgnette” və “monokl” adlanırdı. Hazırda istifadə olunan formanın müəllifi isə ingiltərəli alim Edvard Skarletdir. Dəb aləmində isə ilk eynəklər XIX-cu əsrin əvvəllərində Amerikada icad olunub. XX-ci əsrdə ən dəbdə olan Amerika eynəkləri məşhur Amerika sənətçisi Maknamaranın adı ilə bağlıdır. Yəqin ki, dəblə ayaqlaşan insanlar Maknamara eynəklərini xatırlayırlar. Bu eynəklər güzgülü, bərq vuran şüşələri ilə seçilirdi. Belə eynəklərin qiyməti bir dəst kostyumla bərabər idi. Şəhərdə Maknamara eynəyi taxan insanı barmaqla göstərərdilər. Onlar özlərindən çox belə eynəkləri qoruyardılar. Əvvəllər belə eynəklər tibbi xarakter daşıyırdısa, sonralar dəb, gözəllik və yaraşıq üçün istifadə olunmağa başladı. İlk qədim eynəklər girdə, dairəvi formada idi. Sonralar isə, eynəklərin müxtəlif formaları yaranaraq hazırkı dövrümüzə qədər gəlib çıxıb. Bu gün şəhərin istənilən yerində – bazarlarda, mağazalarda, gün eynəklərinin satışına rast gəlirik. Havalar istiləşdikcə isə günəş eynəkləri aktual mövzuya çevrilir. Gün ərzində bizi izləyən günəş şüalarının sağlamlığımız üçün kifayət qədər zərərli təsirləri var. Onlardan ən əsası da gözlərimizə olan təsirdir. Qiyməti ucuz olan gün eynəklərinin arasında məşhur markaların məhsullarına da rast gəlmək olur. Ancaq məşhur brendlərin belə ucuz qiymətə satılması məhsulların saxta olması barədə fikirlər yaradır. Saxta eynəklər isə gözlərimizin zamanla sıradan çıxmasına səbəb olur. Ümumiyyətlə, eynək seçərkən diqqətli olmaq lazımdır. Səhv seçilmiş gün eynəkləri gözlərin zəifləməsinə gətirib çıxarır.

Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, saxta gün eynəkləri Azərbaycana Çin, Hindistan Dubay, Türkiyədən, İrandan gətirilir. “Ölkədə azad bazar iqtisadiyyatı liberal olduğuna görə, onların satışına nəzarət olunmur. Satıcılardan lisenziya tələb olunmur. Bu cür halların qarşısını almaq üçün istehlakçılarla maariflənmə işi aparmaq lazımdır. Çünki Azərbaycan vətəndaşlarında gün eynəklərindən istifadə mədəniyyəti olduqca aşağı səviyyədədir. Satışda olan bu eynəklərin böyük bir hissəsi göz üçün ziyanlıdır. Bəzi eynəklərin istifadəsi standartlara uyğundur və onların xüsusi tezisi var. Həmin tezisə uyğun eynək gözdə olarkən yolda avtomobil olduğunu görmək olur. Məsələn, palermo eynəkləri bu cür eynəklərdəndir”. Ekspert keyfiyyətli eynəklərin qiymətinin 50-200 manat arasında dəyişdiyini deyir. “Küçələrdə 7 manatdan  20 manatadək qiymətə satılan bütün gün və optik eynəklər insan üçün təhlükəlidi. Eynəklərin şüşə və ya orqanik olmasının isə heç bir ziyanı yoxdur”.

Mağaza və küçələrdə gün eynəkləri satanlar da ekspertin fikirlərini birmənalı şəkildə təsdiqləyərək, satdıqları malların Çindən gətirildiyini bildirirlər. “Sahil” metrostansiyasının yaxlnlığındakı mağazada eynək satışı ilə məşğul olan Səbinə İbrahimovanın sözlərinə görə alıcılar çox vaxt eynəyin görünüşünə əhəmiyyət verirlər. “Bu il ən çox iri çərçivəli eynəklərə üstünlük verirlər.Ultrabənövşəyi şüaları buraxmadığına görə, bu eynəklərin istifadəsi daha təhlükəsizdir”. Səbinə xanım keyfiyyətli gün eynəyinin 50 manatdan aşağı olmadığını bildirir. “Bu cür eynəkləri gətirmək isə bizə baha başa gəlir.Ona görə də daha çox ucuz və çox satılan eynəklər gətirməyə çalışırıq”.

Azərbaycanın tanınmış göz həkimi, oftalmoloq Paşa Qəlbinursa, “Günəş şüalarına həssas olan insanlar ziyanlı, ultrabənövşəyi gün şualarından qorunmaq üçün mütləq gün eynəklərdən istifadə etməlidir” –deyir. Onun sözlərinə görə, son 5-10 ildə Çin istehsalı olan gün eynəklərin insanların sağlamlığında fəsadlar yaradıb. “Belə eynəklər yüksək radiasiyalı şüa qəbul edən şüşələrdən hazırlanır. Bu şüşələr isə xərçəng xəstəliyi əmələ gətirir. Saxta eynəklər mütəxəssislər tərəfindən yoxlanmalı, rəsmi satışı olan xüsusi “optikalar”dan alınmalıdır”.

Eynək alıcılarının satışda olan saxta eynəklərlə bağlı fikirləri müxtəlifdi. Bəziləri eynəkləri optik mağazalardan, bəziləri isə bazardan aldığını deyir. Metro kənarındakı açıq ticarət obyektindən eynək alan Ləman xanım eynəyi gözəllik üçün taxdığını bildirir. “İstənilən yerdən eynək alıram. Əsas odur ki, qiyməti ucuz olsun. Bilirəm ki, eynək ancaq “optika”dan alınmalıdır. Lakin maddi cəhətdən imkanım olmadığına görə, sağlamlığıma pis təsir ediyini bilsəm də ucuz eynək almağa məcbur oluram”.
Müsahibimiz Tünzalə Vətənxa isə gün eynəklərini optikadan aldığını deyir. “Xarici görünüşə fikir verirəm,  amma keyfiyyət də önəmlidir. Seçimim qiymətlərdən asılıdır, gözəl görünməyə üstünlük verirəm. İlk növbədə eynəyin üz quruluşuna uyğun olmasına önəm verirəm. Alarkən eynəyin təmiz şüşədən olmasına və şüşənin keyfiyyətinə diqqət yetirirəm”.  Digər müsahibimiz Aytən xanımsa “optikalar”da da keyfiyyətsiz eynəklərə rast gəldiyini bildirir. “Eynək alarkən mütəxəssislə məsləhətləşirəm. “Optikalar”dan alsam da, bəzən orada da keyfiyyətsiz eynəklərə rast gəlinir. Kənardan eynək almıram. Axırıncı dəfə aldığım eynək 44 manat olub. Keyfiyyətsiz eynək taxanda, gözümdə ağrılar yaranır”.
Biznes xatirinə xəstəlik mənbəyi olan keyfiyyətsiz eynəkləri, - ucuzdur deyə almayın. Sonradan həyatınızın ən qiymətli neməti olan gözlərinizdən məhrum ola bilərsiz...

Aysel Kərimova








28 Aprel, 2015  14:45 Baxılıb: 1867 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner