Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Quba alması, Xaçmaz pomidoru yeyək” – DEPUTAT

“Ölkədə məhsulların kodu dəyişdirilir. Buna nəzarət olmalıdır”.

Simsar.az xəbər verir ki, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. KİV-lərdə aqressiya məsələsinə də toxunan Novruzov sərt danışıb: “Televiziya manşetlərində kriminal xəbərlər gedir. İnsanın insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğu göstərilir. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri və s. də var. Ancaq Azərbaycan tarixən tolerant olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə qardaş kimi yaşamışıq. Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq, bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

Komitə sədri Eldar İbrahimov isə dəyib ki, genin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də uzun müddət qalır: “Əlbəttə, bu lazımdır. Çünki Afrikada milyonlarla insan acından ölür, ona görə ora lazımdır. Ancaq Azərbaycana lazım deyil. İndi bu məhsulları gətirənlər 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də, hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya və müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik, soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar. Eyni cavabı aldıq. Bizdə də, görürsünüz ki, insan-insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaçmaz pomidoru və başqa təbii məhsullar yeyək, özümüzü öldürməyək”.

Hüseyn İbadlı






28 Aprel, 2015  14:35 Baxılıb: 1157 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner