Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qasım Nağıya “Humay” verildi

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.
1993-cü ildə təsis edilən mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.
Bu dəfə "Humay" heykəlciyi teatr, kino, ədəbiyyat, musiqi, təsviri sənət, jurnalistika, televiziya və idman sahəsində uğurlu fəaliyyət göstərmiş tanınmış insanlara verilib.
Bu dəfə teatr nominasiyasında “Kafkadan salam”(F.Kafka, quruluşçu rejissor Vaqif İbrahimoğlu) və “Fəna” (O.Fikrətoğlu, quruluşçu rejissor Mir Sahib Ağayev) tamaşalarında yaratdığı obrazlara görə YUĞ Dövlət Teatrının aktyoru Qasım Nağıyev “Humay” mükafatına layiq görülüb.
Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar isə “Humay” Milli Mükafatı Akademiyası üzvləri tərəfindən müəyyən edilir.
Xatırladaq ki, Q. Nağı ADMİU-nun «Bədii yaradıcılıq» fakültəsinin teatr kollektivi rejissorluğu şöbəsini bitirib. Tələbə vaxtlarından –1995-ci ildənYUĞ Teatrında çalışır.
Bu illər ərzində Ağadam (Ramiz Rövşən «Bircəqarış»), Ərmayıl (Firdovsi «Yasaq»), Firəng (KamalAslanov «ModusVivendis»), VİP (İ.İbrahimli «Canımdacan»), Yaho (U.Şekspir «Otello»), Əsəbi (MustafaƏhmədov «Finiş»), Ağrəng (R.Rza «Rənglər»), Gitaraçı (KamalAslanov «Serenada»),Lal (CəlilMəmmədquluzadə «Meqopolis»), Qəribcan (İ.Əfəndiyev «Sənhəmişəmənimləsən»),  Saqqallı, Sarayşairi, Carçı (GüngörDilmen «Midasınqulaqları»), TəcrübəliMüstəntiq(K.Abdulla «Axırdansonra»), Ər (S.Mrojek “Sərhəddə”), Oğul (Kafkadan salam), Kişi (O.Fikrətoğlu “Fəna”) və s. Rolları ifa edib.






28 Aprel, 2015  13:34 Baxılıb: 1541 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner