Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Biz sizə BRİLLİANT verəcəyik” – LAYİHƏ

“Addım” Gənclər Təşkilatı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, ASAN Xidmət və Park Bulvar AVM-in dəstəyi ilə Azərbaycanda növbəti dəfə sürücülərin və piyadaların yol təhlükəsizliyindən bəhs edən “Road Safety Baku 2015” çərçivəsində “Biz sizə BRILLIANT verəcəyik!” layihəsinə start verir. Simsar.az xəbər verir ki, layihə çərçivəsində təhlükəsizlik həftəsində sürücü və piyadalara məxsusi olaraq layihə üçün Norveçdə hazırlanmış işıq reflektorları paylanacaq. Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar “brilliant konsepsiya”sında dizayn olunub.  Bundan başqa layihə çərçivəsində gənc modelyerlər arasında “Yol təhlükəsizliyi” mövzusunda  müsabiqə keçirilib. Müsabiqənin qaliblərinin hazırladığı geyimlərdə layihənin reklam siması  xalq artisti Brilliant Dadaşovanın iştirakı  ilə maraqlı foto çəkimləri baş tutub.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, ASAN Xidmət və AvtoFM-in dəstəyi ilə gerçəkləşən layihənin yekun tədbiri  5 May 19-00da Park Bulvar AVM-də keçiriləcək. Tədbirdə dövlət rəsmiləri, KİV nümayəndələri, gənclər və layihənin siması xalq artisti Brilliant Dadaşova və digər ulduzların iştirakı gözlənilir.






28 Aprel, 2015  12:58 Baxılıb: 1285 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner