Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Milli Məslisdə Əlikram Hümbətov məsələsi qaldırıldı – XƏYANƏT

“1993-cü ildə özünü “Talış-Muğan Respublikası”nın lideri elan etmiş Əlikram Hümbətovun qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanat onun xəyanətkar olduğunu bir daha sübut edir”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili İqbal Məmmədov bildirib. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirib ki, Əlikram Hümbətov Azərbaycana qarşı xəyanət edib və o, ölkəmiz əleyhinə kampaniya aparır: “Xarici İşlər Nazirliyi və Azərbaycan diasporası məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. O, Avropanın ona verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Xəyanətkar Əlikram Hümbətov xarici təşkilatların əlində oyuncağa çevrilib. Hökmən o, bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır”. Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, Əlikram Hümbətov separatçı, xəyanətkar birini fetişləşdirməyə ehtiyac yoxdur: “Ümumiyyətlə onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır”.

***

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa sülhün yanında deyillər”. Simsar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. O bildirib ki, dünyanın diqqəti aprelin 24-də iki ölkəyə, Türkiyə və Ermənistana yönəlmişdi. Bir tərəfdə şər, digər tərəfdə isə sülhə çağırışları özündə etiva edən tədbirlər təşkil olunurdu: “Təbii ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanında yer aldı. Rusiya və Fransa isə sülhün yanında deyillər. Bu tarixdən sonar bir daha bəlli oldu ki, onlar işğalçı Ermənistanın yanında yer alırlar”. Hüseyn İbadlı






28 Aprel, 2015  12:49 Baxılıb: 1188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner