Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir tikinti sektorundakı problemlərdən danışdı

ƏƏSMN «Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək» mövzusunda konfrans keçirib
Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək» mövzusunda konfrans keçirilib. Konfransda ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, xarici şirkətlərin, həmkarlar və sahibkarlar təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri, Beynəlxalq Əmək Təşkilatının (BƏT), işəgötürənlərin nümayəndələri iştirak ediblər.

Simsar.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT tərəfindən dünya ictimaiyyətinin diqqətini əməyin mühafizəsi məsələlərinə cəlb etmək üçün 2002-ci ildən keçirilən Ümumdünya əməyin mühafizəsi gününün bu il “Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək” devizi altında keçirildiyini bildirib: “BƏT-in açıqlamalarına əsasən, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir və bir işçi ölür. Hər il istehsalat xəsarəti və peşə xəstəliyindən təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Hər il istehsalatda 313 milyondan çox ölümlə nəticələnməyən bədbəxt hadisə baş verir. İstehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir”.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin təkmilləşdirilməsi yönündə ötən dövrdə görülən işləri qeyd edən nazir bu sahədə BƏT və sosial tərəfdaşlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. S.Müslümov vurğulayıb ki, 2014-cü ildə baş verən istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26,0%-nin, həyatını dəyişənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı tikinti sektorunda hələ də əməyin mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemlərin mövcudluğunu göstərir: “Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda həmin müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar qalmaqdadır”. S.Müslümov istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə işəgötürənlər arasında maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirildiyini də bildirib: “İlk dəfə olaraq DƏMX tərəfindən 2014-cü ilin sentyabr ayından başlayaraq “Təhlükəsiz iş həftəsi”, cari il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, bu ay isə “Təhlükəsiz iş aylığı” elan edilib. Bu tədbirlər çərçivəsində çoxaşəxli məlumatlandırma tədbirləri ilə bərabər, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və bir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyəti yerindəcə araşdırılır. 2014-cü ildə həyata keçirilən dövlət nəzarəti zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin mövcud olduğu 12 tikinti sahəsində, mişar və dekorativ üzlükdaşlarının istehsalı ilə məşğul olan 4 müəssisədə (daş karxanalarında) işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb”.

Görülən məqsədyönlü tədbirlərin istehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunduğunu nəzərə çatdıran nazir bildirib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb: “Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Həmin hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb”.

Aysel






28 Aprel, 2015  12:05 Baxılıb: 701 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner