Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Mirroring Baku” günləri başlayır

Mayın 1-dən başlayacaq Heydər Əliyev Mərkəzində “Milan Expo 2015” beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə yaradılacaq. Simsar.az xəbər verir ki,  milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılacaq. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdiriləcək. Bu monitorlar vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olacaq. Pavilyonla tanış olan ziyarətçilər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görəcək, buradakı insanlarla əlaqə saxlaya biləcəklər. Eynilə, paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanacaqlar. Böyük miqyasda Şərqlə və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın “Mirroring Baku” adlı bu layihəsi yığcam şəkildə minlərlə insanın ünsiyyətinə şərait yaradacaq.

Hazırda Heydər Əliyev Mərkəzinin parkında “Mirroring Baku”nun quraşdırılması işləri başa çatmaq üzrədir. Qeyd edək ki, “Milan Expo 2015” beynəlxalq sərgisində “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” (Azerbaijan: Treasure of Biodiversity) adlanan milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunur.

“Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə təmsil olunacaq. Onlardan yalnız  55-i öz milli paviliyonu ilə iştirak edir. Oktyabrın 31-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən 20 milyonadək qonağın qatılacağı proqnozlaşdırılır.

1800 m2 ərazidə təşkil olunan dördmərtəbəli Azərbaycan pavilyonu tərtibatı və ölkəni təqdimat formasına görə seçilir. Hazırlıqların səviyyəsi və aparılan işlərin tempi baxımından ilk gündən fərqlənən milli pavilyonumuzda mayın 1-dən Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən təqdimatlar həyata keçiriləcək.
Simsar.az






28 Aprel, 2015  11:42 Baxılıb: 592 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner