Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Binəqədidən ABŞ muzeyinə

Binəqədidən tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los Anceles Təbiət Tarixi Muzeyində (LATTM) nümayiş etdirilə bilər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) Simsar.az-a verilən məlumata görə, muzey rəhbərliyi bu barədə AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatova təklif edib. Təklifi qəbul edən Azərbaycan alimi AMEA-nın GGİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynovla birgə Los Ancelesin George C. Page Muzeyində olublar. GGİ rəhbərliyinin dəstəyi ilə baş tutan bir həftəlik səfər zamanı azərbaycanlı qonaqlar geoloji və paleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik olan La Brea qır gölündə olublar. Buz dövründə hər iki ərazidə qır gölü olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar onu içməli su, üzərinə yapışıb qalmış canlılar isə asan yem mənbəyi hesab edib, min illərlə bu tələnin qurbanı olub. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min il bundan əvvəlki dövrə aiddir.

Muzey rəsmiləri planlaşdırılan işlər çərçivəsində dünyanın müxtəlif ölkələrindən fauna və flora nümunələri, o cümlədən Binəqədidən tapılan skeletləri burada nümayiş etdirmək niyyətində olduqlarını deyiblər. T.Eybatov bunun AMEA və LATTM arasında müqavilə və ya proqram əsasında mümkün ola biləcəyini söyləyib.

Görüş zamanı ABŞ mütəxəssislərinin Binəqədiyə səfəri də nəzərdə tutulub. T.Eybatov LATTM ilə tanışlığı və əməkdaşlıq təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, bu əməkdaşlıq Bakının dənizkənarı bulvarında yeni binasının tikintisi nəzərdə tutulan H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin strukturunu və kolleksiyasını formalaşdırmaqda təcrübə baxımından faydalı ola bilər.

Aysel Kərimova






28 Aprel, 2015  10:52 Baxılıb: 603 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner