Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan xalçaları”nın növbəti sayı – Fotolar

"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin təsis etdiyi "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının yeni -XIV sayı işıq üzü görüb. Həm sənətşünaslıq, həm də tarixşünaslıq sahələri üzrə ixtisaslaşmış jurnalın bu sayında da Novruz bayramına həsr olunmuş ümumxalq şənliyindən reportaj,maraqlı ekspedisiya materialları, məqalələr, fotoşəkillər öz əksini tapıb.

Tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin və tarix üzrə fəlsəfə dokroru, professor Vidadi Muradovun həmmüəllif olduqları "Azərbaycan "Zeyvə"ləri: yurdlar və xalçalar" silsiləsindən ilk məqalə Şabran rayonunun Zeyvə kəndində aparılan ekspedisiya materiallarını əhatə edib.

Məqalədə bu qədim yaşayış məskəninin tarixindən, abidələrindən, əhalisinin etnik tərkibindən, adət və ənənələrindən, yaxınlıqda yerləşən Kilvar məbədindən, o cümlədən burada inkişaf etmiş sənətkarlıq sahələrindən biri olan xalçaçılıqdan və xalçaçılardan bəhs edilir. Oxucular məqalələrdə xalçanın rəng, yaş, naxış, törəmə, ölçü, forma və s. kimi beynəlxalq kateqoriyalar üzrə müəyyənləşdirilmiş qiymətləndirmə prinsipləri, Azərbaycan xalçalarının bu indeks üzrə dəyərləndirilməsi haqqında məlumat ala biləcəklər.

Jurnalın bu sayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndinin xalçaçılıq ənənələri, Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzində fəaliyyət göstərən xalçaçılıq kursları, Kanada Tekstil Muzeyində qorunan qədim Azərbaycan xalçaları və xalça məmulatları, XIV əsr Təbriz miniatür sənətində dini mövzular haqqında və s. materilallar, müəllif məqalələri yer alıb.

Jurnalın baş redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət  xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.






27 Aprel, 2015  14:38 Baxılıb: 1330 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner