Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hökumətdən analara hədiyyə – “QIZIL PUL”

Türkiyədə uşağı olan ailələrə övladları nın sayına görə,  dövlət “qızıl pul” ödəyəcək. Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, türk vətəndaşlarına canlı doğulan ilk uşaq üçün 300 TL ikinci uşaq üçün 400 TL, üçüncü və sonrakı uşaqları üçün 600 TL miqdarına bərabər yardımla doğuş köməyi ediləcək. Qanuna görə, ailələrə ödəniləcək pulun verilməsində fasilə yaranmayacaq, valideynlər veriləcək yardımdan yalnız uşaqlarının təlabatları üçün istifadə edəcəklər.
Bu yardım yalnız türk vətəndaşı olan ana və ataya, şamil edilib. Beləliklə, üç uşaq sahibi olan hər bir ailənin alacağı pul isə 1300 TL olacaq.
Ödəniləcək pulun miqdarını hökumət istərsə artıra bilər. Alilələrə veriləcək ödənişlərin verilmə qaydası Ailə və Sosial Siyasət Nazirliyi tərəfindən təyin ediləcək. Adı çəkilən yardımdan xarici ailələr də faydalanacaq. Əgər ana atadan biri xarici digəri  isə Türkiyə vətəndaşıdırsa o zaman  yardım türk vətəndaşı olana veriləcək.

Ailə Paketinin ikinci mərhələsinə əsasən,  analar  uşaq sayına görə, ilk uşaqda 2, ikinci uşaqda 4 və üçüncü uşaqda 6 ay olmaqla yarım gün işləmək imkanı əldə etmiş olacaqlar.

Bu dövrdə analara əməkhaqqlarının bir hissəsi işlədikləri yerdən qalan qisim isə İş-Kurdan (Türkiyə Biznes Qurum) veriləcək. Məmurlar isə uşaq sayı neçə olur olsun  bu haqqı 6 ay müddətində istifadə edə biləcək.

Övladlığa uşaq götürülməsi istisna olmaqla  ödənişli və ödənişsiz doğum icazələrindən  faydalanılacaq. Yarımçıq doğuşlarda analıq məzuniyyəti  9 aya (40 həftə) keçiriləcək. Doğuş müddətində atalar üçün verilən 3 günlük icazə 5 günə çıxarılıb.

Ana övladı ibtidai məktəbə başlayana yəni, 5.5 yaşına qədər müddətli işləmə  haqqına sahib olacaq.

Aysel Kərimova






27 Aprel, 2015  13:00 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner