Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən e-xidmətlə bağlı məlumat

“47546 nəfər vətəndaş e-xidmət vasitəsilə iş yerinə dair elektron arayış əldə edib”

2015-ci ilin aprelin 1-dək 47546 nəfər vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmət vasitəsilə iş yerinə dair elektron arayış əldə edib. Nazirliyin  İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat Simsar.az-a verilən məlumaat görə, arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapıb. Həmçinin vətəndaşlar arayışları əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilirlər. İki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışanların hansı iş yerinə dair arayışı təqdim etmələri ilə bağlı seçim imkanı da var. "İş yerinə dair arayış" e-xidmətindən yararlanan vətəndaşların bununla müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyətı şəxslərinə müraciət etmələrinə, kağız formasında arayışları almalarına, bu proses üçün müəyyən vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.

Digər tərəfdən, arayışın təqdim olunduğu qurumlar arayışdakı məlumatların, habelə lazımi hallarda əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün onlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edirlər. Qeyd olunan amillər isə iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsinə, aidiyyəti qurumların iş yerinə dair arayışların daha çox elektron formada təqdim olunmasına üstünlük vermələrinə səbəb olub.
E-xidmət ötən ilin dekabrında istifadəyə verilib.






27 Aprel, 2015  11:11 Baxılıb: 655 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner