Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyədən ABŞ və Almaniyaya sərt reaksiya – “BAĞIŞLAMAYACAĞIQ”

Türkiyə Xarici işlər Nazirliyi ABŞ Prezidenti Barak Obama və Almaniya Prezidenti Toaçim Gaucka çox sərt reaksiya verib.

Simsar.az “İhlas”a istinadən xəbər verir ki, Türkiyə Xarici işlər Nazirliyi, Almaniya Prezidenti Toaçim Gauckun Berlin Kilsəsində iştirak etdiyi mərasimdə 1915 hadisələrinə dair səsləndirdiyi "soyqırım” açıqlamasına reaksiya verib.

İBRƏT VERİCİDİR

Nazirliyin yazılı açıqlamasında, "Gauckun, hüquqa və tarixi həqiqətlərə zidd şəkildə, türk millətinə etmədiyi bir cinayəti aid etmək haqqı yoxdur. İctimai birlik, bütövlük və harmoniyanı təmsil etmə məqamında olanlardan, cəmiyyəti təşkil edən bütün şəxslərin həssaslıqlarını nəzərə almaları və daha doğru bir münasibət bildirməsi gözlənilir. Bu baxımdan, Gauckun, təmsil etdiyi insanlar arasında olan yüz minlərlə türk əsilli alman vətəndaşının düşüncələrini yox sayması ibrət vericidir” – deyilir.

“Almaniya prezidentinin sözləri Türkiyə xalqı tərəfindən altı cızılaraq yaddaşlarda qalacaq. Türk tarixi və kimliyi, Türk-Alman cəmiyyətinin ayrılmaz bir hissəsidir. Bu kimliyi qaralamağa istiqmətlənmiş cəhdlərə bu cəmiyyətin fərdləri səssiz qalmayacaqlar. Türk xalqı, Gauckun bu ifadələrini unutmayacaq və bağışlamayacaq ifadələrinə yer verilib” – deyə nazirlik bildirib.


XİN, ABŞ Prezidenti Barak Obamanın 24 Aprel münasibətilə verdiyi açıqlamaya da reaksiya verib: “I Dünya Müharibəsində baş verənlərin, ermənilər qədər Türkiyə xalqının da həssaslıq daşıdığı reallığından uzaq olması və tək tərəfli bir baxışı əks etdirməsi problemlidir. ABŞ Prezidenti Barak Obama 23 Aprel 2015 tarixində verdiyi açıqlamada türklər ilə ermənilərin ümumi tarixlərinin ağrılı hissəsini ədalətli yaddaş əsasında istifadə etməkdən çox uzaq olduğunu təəssüflə qeyd edib. Biz isə bildiririk ki, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə 23 Aprel 2014 il tarixində yaydığı başsağlığı və baş nazirimiz Əhməd Davudoğlu tərəfindən 20 Yanvar 2015-ci il və 20 Aprel 2015-ci il tarixlərində dərc edilən olunan açıqlamaları məsələyə Türkiyənin münasibətini diqqətlə əks etdirən mətnlərdir. Bunlar, keçmişdə yaşanan acıları inkar etmədən, doğru tərif və mövqelərlə bölüşməyi, Osmanlı ermənilərinin itkiləri daxil bütün itkilərimizi birlikdə və hörmətlə yad edən, habelə müştərək gələcəyimizi yenidən qurmağı təklif edən səmimi çağırışlardır. Bu tarix barədə hamını ağılla hərəkət etməyə dəvət edən münasibətimizə və verdiyimiz dostluq əlinə müsbət cavab almağa ümid edirik. Türklərlə ermənilərin sülhə gedən yola ədalətli bir şəkildə kömək edəcək hər ölkə bu "dostluq layihəsinin" tərəfdaşları olaraq tarixdəki yerlərini alacaqlar. Bu çərçivədə dost və müttəfiq ölkələrə düşən rolun ayrı bir əhəmiyyət daşıdığı da aydındır”.

Hüseyn İbadlı






25 Aprel, 2015  13:54 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner