Bu dəqiqələrdə Bakının Xətai rayonundakı otellərdən birində yanğın baş verib.
Simsar.az xəbər verir ki, hadisə şahidlərinin anspress-ə verdiyi məlumata görə, hadisə “Trump tower” otelində qeydə alınıb.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hadisə ilə bağlı 7 yanğınsöndürən maşın yollanıb.
İlkin məlumata görə, hadisə otelin anbarında qeydə alınıb.
Hazırda yanğının yayılmasının qarşısı alınıb.