Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənini döymək istəyən azərbaycanlı saxlanıldı – Vaşinqtonda

ABŞ-da 145 Türk-Amerika qeyri-hökumət təşkilatında yaradılan İstiqamətləndirmə Komitəsinin Ağ Evin qarşısından başlatdığı "Sülh və Həmrəylik" yürüşünə qatılan təxminən 7 min adam, günorta saatlarından etibarən Türkiyənin Vaşinqtondakı səfirliyinə gəlib.

Simsar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türk və Amerikan bayrağı daşıyan, "Bizi birləşdir, ayırma" "Günahlandırma razılıq deyil", "Türkiyə ilə birlikdəyik" və "Yurdda sülh, dünyada sülh" yazılı plakatlar açan minlərlə adam, erməni etirazçıların mitinqlərinin qaşısını almaq üçün 14 Apreldən bəri səfirlik binası qarşısında növbəli qrupla birləşib.

Hər il olduğu kimi, ermənilərin bu il də Türk Səfirliyi önünə gələrək aksiya keçirmələri gözləndiyindən, yürüşə qatılan minlərlə insan saatlarla səfirliyin önündən ayrılmayıb.

Erməni etirazçılar isə günortadan sonra əllərində Türkiyə əleyhinə plakatlar açaraq səfirliyin qarşısındakı toplaşmağa başlayıblar. Türkiyəni 1915-ci il hadisələrinə dair iddiaları inkar etməklə günahlandıran nümayişçilər, Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Əllərində Ermənistan bayraqları olan nümayişçilər, səsləndirdikləri şüarlarla ABŞ Prezidenti Barak Obamadan, prezident seçki dövründə onlara verdiyi sözləri tutma çağırıb.

Türklərə sözlə sataşan ermənilər, iki dəfə Türkiyə bayrağını yerə atıb ayaq altına almaq istəyiblər. Bunu görən türk vətəndaşlarının onlara reaksiya verməsi nəticəsində tərəflər arasında qısa müddətli gərginlik yaşanıb. Səfirlik önündə gözləyən təhlükəsizlik əməkdaşları, qruplar içində bir neçə nəfər arasında baş verən qısa müddətli davanı ayıra biliblər.

Digər tərəfdən, erməni qrupun önündən avtomobilinin içində olan türk bayrağıyla keçən bir Azərbaycan vətəndaşını ermənilər dayandıraraq müdaxilə ediblər. Maşının içindəki bayrağı alan erməni qrupa, orada gözləyən türklər də müdaxilə edib. Maşınından enərək ermənilərə qarşılıq vermək istəyən azərbaycanlı vətəndaş isə dava-dalaş zamanı polis tərəfindən saxlanılıb.

Nümayiş, polisin təhlükəsizlik tədbirləri altında axşam üstü başa çatıb. Türk qrup günün sonunda səfirlik binası qarşısından İstiqlal Marşı söyləyərək ayrılıb.

Hüseyn İbadlı






25 Aprel, 2015  10:06 Baxılıb: 1160 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner