Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyxə medal verildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Yekaterinburq nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Yekaterinburq və Verxoturye mitropoliti Kirill ilə görüşüb.

Simsar.az xəbər verir ki, Allahşükür Paşazadə Rusiya ilə Azərbaycan arasında tarixi dostluq, mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirib. Şeyxülislam deyib: “Mən ölkələrimiz arasında mehriban əlaqələri yüksək qiymətləndirirəm. Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələr bağlayır”.

Hacı Allahşükür Paşazadə deyib: “Bizi narahat edən budur ki, indi Ermənistan qondarma “erməni soyqırımı”nı qeyd edir, halbuki Xocalı faciəsinin yaraları hələ də köz bağlamayıb. Uydurma “soyqırımı”nı qeyd etmək əvəzinə Xocalı faciəsinə siyasi qiymət vermək lazımdır ki, dünyada belə bir faciə bir daha təkrarlanmasın”.

Yekaterinburq və Verxoturye mitropoliti Kirill şeyxülislam hacı Allahşükür Paşazadəyə Rus Pravoslav Kilsəsinin Yekaterinburq Yeparxiyasının “Yekaterinburq Yeparxiyasının 130 ili” medalını, habelə xatirə hədiyyələri təqdim edib.






25 Aprel, 2015  09:56 Baxılıb: 797 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner