Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nabukkonun xərci artır

"Nabukko"nun dəyərinin mümkün artımı onun həyata keçirilməsinə təsir etməyəcək - Aİ səfiri

"Nabukko" qaz kəməri layihəsinin dəyərinin mümkün artımı onun həyata keçirilməsinə təsir etməyəcək. Simsar.az məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

"Layihənin həyata keçirilməsi üzrə işlər davam edir və onun dəyərinin mümkün artımı bu prosesə təsir etməyəcək", - Kobia cümə axşamı mətbuat konfransında deyib.

"Hələlik rəsmi rəqəmlər elan edilməyib. "Nabukko" layihəsinin müxtəlif texniki aspektlərinin, habelə onun dəyərinin qiymətləndirilməsi bir neçə il əvvəl həyata keçirilib. Bugünkü iqtisadi kontekstə əsaslanmaqla rəqəmlərə yenidən baxmağın vaxtı çatıb", - o deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində poladın, insan əməyinin qiyməti bahalaşıb və boru kəmərinin çəkiliş marşrutu bir qədər dəyişib.

"Layihənin neçəyə başa gələcəyini "Nabukko" konsorsiumu həll etməlidir", - Kobia deyib.

"Nabukko" qaz kəmərinin tikintisi 2012-ci ilə nəzərdə tutulmuşdu, onunla ilk tədarükün isə 2015-ci ildə həyata keçiriləcəyi gözlənilirdi.

Uzunluğu 3300 kilometr olan boru kəmərinin maksimal gücü 31 milyard kubmetr təşkil edir.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Layihə üçün əsas tədarükçülər Azərbaycan, İraq və Türkmənistan hesab edilir.

Boru kəmərinin dəyəri 7,9 milyard avro həcmində qiymətləndirilib, lakin hazırda konsorsium iştirakçıları tərəfindən onun dəyərinin artan istiqamətdə dəyişəcəyi ehtimal olunan layihənin aspektləri üzrə kompleks analiz həyata keçirilir.






12 May, 2011  20:07 Baxılıb: 1339 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner