Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Akif Əlizadə: “Alimlərimiz kəşflərini təqdim edə bilmirlər”

“Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə keçirilən tədbir 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunub.

AMEA-dan Simsar.az-a verilən məlumata görə, konfransda “Azərbaycan alimlərinin müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin qorunması problemləri” mövzusunda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, hazırda bütün dünyada qlobal informasiya cəmiyyəti quruculuğu prosesi gedir, həmçinin qloballaşmanın əsas təzahürlərindən biri də budur ki, informasiya və bilik mübadiləsi asanlaşır və sürətlənir.

“Eyni zamanda, qlobal informasiya cəmiyyətində informasiya və bilik əsas strateji məhsula, maddi sərvətlərin formalaşmasının əsas mənbəyinə çevrilir. Yeni iqtisadiyyatda innovasiyaların, yaradıcı əməyin, intellektual mülkiyyətin, informasiya məhsullarının rolu sürətlə artır. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun tərkibində informasiya və biliklər hesabına formalaşan iqtisadiyyatın payı mühüm yer tutur. Belə bir şəraitdə müəllif hüquqları və intellektual mülkiyyətin qorunması məsələsi də xüsusi əhəmiyyət kəsb edir”.

Bu sahədə dövlət siyasətindən danışan AMEA prezidenti bildirib ki, Azərbaycan dövləti də müasir dünyanın çağırışlarına uyğun olaraq, ölkədə informasiya cəmiyyəti və onun əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasında maraqlı olan, bu sahədə əməli işlər görən, mühüm nailiyyətlər əldə edən ölkələr sırasındadır.

Vurğulanıb ki, ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəaları da bu siyasəti özündə əks etdirir. Konsepsiyada elmi inkişaf etdirmək, insan kapitalını artırmaq, biliklər iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir.

Azərbaycanda innovativ tərəqqinin əsası olan elmin inkişafı istiqamətində də ardıcıl dövlət siyasətinin həyata keçirildiyini deyən akademik, bu sahədə geniş islahatların aparıldığını, həmçinin bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müdəalarının uğurla reallaşdırıldığını qeyd edib.

Milli Strategiyaya uyğun olaraq AMEA-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə geniş, hərtərəfli islahatların həyata keçirildiyini, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirildiyini deyən AMEA rəhbəri bu tədqiqatları ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına yönəltməyin, elmi məhsulların kommersiyalaşdırılması və dünya bazarına çıxarılmasının Akademiyanın qarşısında duran əsas vəzifələrdən olduğunu bildirib.

Çıxışında elmin kommersiyalaşdırılması və patentləşdirmə problemlərinə də toxunan akademik Akif Əlizadə alimlərimizin kommersiyalaşdırma, istehsal və xidmət sahələrində uğurlu tətbiqi perspektivləri olan elmi nəticələrini, ixtiralarını, kəşflərini lazımi səviyyədə təqdim edə bimədiyimizi bildirib. Akademik qeyd edib ki, elmi nəticələrimizi intellektual məhsullara çevirməklə, nəinki daxili bazarda, həm də dünya bazarına çıxmaqla mənfəət əldə edə bilərik. Bununla da, elmə marağın daha da artırılmasına, alimlərimizin rifahının daha da yüksəldilməsinə nail olarıq.

Akademik Akif Əlizadə alimlərimizin müəllif hüquqlarının və intellektual mülkiyyətinin qorunması ilə əlaqədar əsas vəzifələrdən birinin də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və digər beynəlxalq qurumların tövsiyələrini, xarici təcrübəni nəzərə almaqla, müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlı olduğunu vurğulayıb. O, həmçinin “Elm” haqqında qanun layihəsinə dair fikirlərini bölüşüb. Bildirib ki, ölkədə biliklər iqtisadiyyatının, innovativ mühitin formalaşması üçün bir sıra spesifik qanunların, digər normativ-hüquqi sənədlərin qəbul olunub, tətbiq edilməsinə nail olmalıyıq. O cümlədən, biliklər iqtisadiyyatının hüquqi əsaslarından biri olan “İntellektual mülkiyyət haqqında” qanunun qəbul edilməsi üçün maraqlı qurumlar birgə fəaliyyət göstərməlidirlər.

Aysel







24 Aprel, 2015  16:54 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner