Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Bu dəfə qonaqlığı eks nazir verdi - FOTOLAR

“yAnar saat”ın “Doydum şou”sunun budəfəki qonaqlığını keçmiş nazir, bir çox məşhur mahnıların bəstəkarı Sirus Abasbəyli etdi. Qonaqlıqda Əməkdar artistlər Aybəniz Haşımova, Elza Seyidcahan, gənc müğənni Zəka Zeynalov  və şair İsmayıl Dadaşov da iştirak edirdilər.

Keçmiş nazir “yAnar saat”da Azərbaycan mətbəxi açdı. O, Azərbaycanın bir çox bölgələrəinə müraciət etmişdi. E. Seyidcahan, A. Haşımova və İ. Dadaşov qatıqla bərabər yarpaq dolması, aş, toyuq, lavaş çörək, iki formada hazırlanmış kartof, qulaş, səbzi kimi dadlı təamların dadına baxdılar. Süfrədə meyvə və şirniyyat da əskik deyildi.
Süfrə ətrafında yaradıcılığından danışan S. Abasbəyli A. Haşımovanın “Bülbüllər ” qrupu ilə ifa etdiyi “Səni sevən nicat tapar” mahnısının yarnma tarixindən danışdı.
Dieta saxlamadığını deyən E. Seyidcahan son vaxtlar 10 kq. arıqladığını bildirdi.
Haşımova isə yaxın günlərdə bacısı, Xalq artisti Şahnaz Haşımovanın Bakıya gələcəyini və “yAnar” saata qonaq olacağını dedi. Aparıcı Anar isə Gəncə süfərsi açılmasını və süfrədə Gəncə üçün xarakterik olan təamların olmasını arzuladı. A. Haşımova bacısı haqqında fikirlərini də bölüşdü: “Həyatda mənim örnəyim bacımdır. Nə edirəmsə ondan nümunə götürürəm, ondan örnək alıram. Şahnaz xanım kartofu da elə qızardır ki, aş onun yanında yalan olur”.
Dünyanın bir çox ölkələrində olan A. Haşımova Ərəbistanda yaxşı və ürəklə yemək yediyini açıqladı. Digır ölkələrdə isə ən azı 10 kq.arıqlayıb gəldiyini bildirdi. Xanım müğənni yeməyi əllə yediyini də açıqladı. A. Haşımova yeməyi çörəklə yediyini də vurğuladı.

Aybəniz xanım tələbələrinə verdiyi məsləhtlərdən də söz açdı: “Hər zaman tələbələrimə deyirəm ki, toylara düşmək üçün əsər oxuma, tarixdə qalmaq üçün əsər oxu. Pul arxasınca qaçmayın. Bu xalqa sənət versəz, çörəksiz qalmazsız”.

 

 






24 Aprel, 2015  15:22 Baxılıb: 1808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner