Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistraturaya qəbulun 2-ci mərhələsi keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il aprelin 26-da 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Komissiyyadan Simsar.az-a verilkən məlumaat görə,  imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

Şəxsiyyəti təsdiq edən sənədin əslini;

“Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi2015-ci il aprelin 1-dən 10-dək aparılıb və bu hüquqa malik olan bakalavrlardan 10170 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.
Onlardan 9037 nəfəri Azərbaycan bölməsi, 1133 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4337 nəfərini oğlanlar, 5833 nəfərini qızlar təşkil edir. 5766 nəfər ali təhsil müəssisələrinin builki,4404 nəfər əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. Bakalavrlardan 9052 nəfərinin Bakı şəhərində, 205 nəfərinin Naxçıvan şəhərində, 913 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2015-ci il mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.                               

Aysel Kərimova






24 Aprel, 2015  14:57 Baxılıb: 649 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner