Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Ermənistan insan faciəsi üzərində siyasi oyun oynayır” - TƏHLİL

“Ermənistan insan faciəsi üzərində siyasi oyun oynayır”

Bunu Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert Ermənistanı 1915-ci il olaylarını fərqli şəkil və müstəvidə təqdim etməkdə ittiham edib:

“I Dünya müharibəsi zamanı, o cümlədən də 1915-ci ildə insanlaırn kütləvi şəkildə qırıldığı bir həqiqətdir və bu həqiqət unudulmamalıdır. Lakin o insanlara görə məsuliyyəti Türkiyənin üzərinə qoymaq absurddur. I Dünya müharibəsini məgər Osmanlı imperiyası başlatmışdı? Xeyr. Bu müharibəni Avropanın aparıcı xristian ölkələri – İngiltərə, Fransa, Almaniya, Avstriya-Magarıstan və Rusiya başlatmışdı. Dünyanın başına bu oyunu açan ölkələr bunlardılr. Hansı ki, onların başlatdıqları müharibə nəticəsində milyonlarla insan qırıldı”.

Politoloqun sözlərinə görə, I Dünya müharibəsi həmin vaxta qədərki müharibələrdən öz amansızlığı və kütləvi insan qırğınlarına görə əsaslı şəkildə fərlənib, hərb tarixində ilk dəfə olaraq yeni ölümcül silahlardan istifadə edilib:

“I Dünya müharibəsində müharibə təşəbbüskarları mümkün qədər daha çox insanı qırmağa çalışırdı. İlk dəfə olaraq hərb tarixində həmin müharibə zamanı kimyəvi silahlardan, toplardan istifadə edildi. Onlar dövlətləri ən müxtəlif üsullarla, eləcə də içlərindən dağıtmağa çalışırdılar. Həmin vaxt erməniləri silahlandıran Rusiya və s. dövlətlər onları türklərə qarşı qaldırmağa çalışırdı. Ermənilər bu təxribata uydular və cəzalarını da aldılar. Həmin vaxt silahlı insanlarla yanaşı dinc, mülki əhali də qırıldı. Hansı ki, istənilən müharibə zamanı bu qırğınları önləmək mümkün deyil”.

Z.Əlizadənin qənaətincə, istənilən müharibədə mülki insanların qətlini tamamilə önləmək mümkün deyil və demək olar ki, hər zaman həlak olan mülki sakinlərin sayı hərbçilərdən daha çox olur:

“Baxın, I Dünya müharibəsi zamanı 10 milyon insan həlak oldu. Məgər onların hamısı hərbçi idi? Xeyr. II Dünya müharibəsi zamanı SSRİ 28 milyon insan itirdi. Onların cəmi 8 milyonu hərbçi idi. Onları almanlar qırmışdı. Bunu genosid adlandırmaq mümkündürmü? Məncə, xeyr. Çünki bunlar müharibənin doğurduğu qaçılmaz hadisələrdir. Müharibəni pisləmək lazımdır. Müharibəni lənətləmək lazımdır. Müharibəni önləmək lazımdır. Bunu etmirlər. Əvəzində müharibə zamanı baş verən hansısa bir epizodu götürüb təhlil edir, nəticələrə çıxartmağa çalışırlar”.

Ekspertin bildirdiyinə görə, əslində ermənilərin 1915-ci ildə həlak olan ermənilərin sayını mümkün qədər çoxaltmaq cəhdi həmin faciəni bayağılaşdırmaq və hörmətdən salmaqdır:

“1915-ci ildə ermənilərin yaşadığı faciələrin mahiyyətini bayağılaşdıran, hörmətdən salan rəqəm oyunu var. Sultan Türkiyəsi dönəmində Almaniya təmsilçisi 25o min erməninin öldüyünü yazır. Erməni əsilli Türkiyə tarixçisi inadla bildirir ki, biz 700 mindən aza razı olmarıq. 2-3 gün bundan öncə Rusiya televiziyası bəyan etdi ki, milyona yaxın erməni qırılıb. Erməni hökumət dairələri isə bir milyon beş yüz min erməninin öldürüldüyünü iddia edir. Bütün bunlar onu göstərir ki, həqiqətən də insan faciəsi üzərində siyasi oyunlar aparılır”.

Siyasi şərhçinin qənaətincə, qondarma erməni soyqırımının tanıdılması ermənilərə Qarabağın ilhaqını reallaşdırmaq və Osmanlı imperiyasına qarşı irəli sürdükləri iddiaları reallaşdırmaq üçün lazımdır: “Bu, ermənilərə ona görə lazımdır ki, Qarabağı ilhaq eləsinlər. Türkiyəyə qarşı iddialarını təmin etsinlər. Özlərini soyqırım qurbanı kimi göstərək hər bir istəklərini gerçəkləşdirməyə nail olsunlar. Hüquqda belə bir aksioma var. Qanunun geriyə dönüşü yoxdur. 1947-ci ildə qəbul edilən genosid haqqındakı qanun 1947-ci ildən əvvəlki soyqırımlarına aid deyil və ola da bilməz. Bununla da məsələyə nöqtə qoymaq olar”.

Politoloqun bildirdiyinə görə, qondarma erməni soyqırımının dünyada tanınması onları Qarabağ məsələsində də beynəlxalq ictimaiyyətin gözündə haqlı çıxardacaq:

“Əlbəttə ki, bu, ermənilərin Qarabağ məsələsində haqlı olduqları görüntüsünü formalaşdıracaq. Ermənilərin əsas məqsədlərindən biri odur ki, dünyaya özlərini məzlum millət kimi təqdim etsinlər. Göstərsinlər ki, onlar yazıq millətdirlər, soyqırımına məruz qalıblar və indi də öz tarixi torpaqlarını qaytarmağa cəhd edilər. Soyqırımına məruz qalan xalq imici ermənilərə öz cinayət və işğallarını pərdələmək üçün lazımdır. Necə ki, yəhudilə fələstinliləri öldürür, qırır, bombalayır və kimsə nə isə deyəndə Holokost qurbanları olduqlarını xatırladırlar. Onların qənaətincə, onlar məzlum millətdirlər və onlara hər şey olar. Ermənilərin də məqsədi budur”.

Ekspertin sözlərinə görə, uydurma soyqırımın tanınması ermənilərin Türkiyəyə qarşı səsləndirdikləri təzminat və ərazi iddiası məsələsini də avtomatik olaraq gündəmə gətirəcək: “Ermənilər Türkiyəyə böyük təzminat və ərazi istəyirlər. Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitinun direktoru Aşot Melkonyan deyir ki, biz genosidi Roma papasının çıxışı ilə tanıtmışıq. Biz çalışıb-vuruşduq və buna nail olduq. Indi növbəti məqsədimiz Türkiyədən kompensasiya almaq və ərazilərimizin geri qaytarılmasını təmin etməkdir. Göründüyü kimi, iştahı kifayət qədər yaxşıdır, amma görünən odur ki, reallıq haqqındakı təsəvvürü elə də çox deyil”.






24 Aprel, 2015  13:40 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner