Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rusiyada itkin düşmüş azərbaycanlı iş adamının meyiti tapıldı

Rusiyada azərbaycanlı iş adamı Barat Əkbərovun meyiti tapılıb.

Simsar.az-ın “K-İnform”a istinadən verdiyi məlumata görə, bu ilin yanvarın 16-da itkin düşmüş B. Əkbərovun axtarışı yekunlaşıb.

İşim şəhəri yaxınlığında tapılan meyiti B. Əkbərovun qohumları tanıyıblar.

Hazırda ekspertlər B. Əkbərovun ölümünün səbəblərini müəyyənləşdirməyə çalışırlar. Əgər biznesmen qətlə yetirildiyi məlum olsa, Surqut prokurorluğunun müstəntiqləri cinayət işini İşimdəki həmkarlarına təhvil verəcəklər.

Xatırladaq ki, B. Əkbərovun oğlu yanvarın 17-də Surqut polisinə müraciət edib. O bildirib ki, atası yanvarın 16-da saat 22.00 radələrində qohumlarına zəng edib və öz avtomobili ilə evə qayıtdığını deyib. Bundan sonra B. Əkbərov heç kimlə əlaqə saxlamayıb. Yoxa çıxmış şəxsin “Toyota Land Cruiser 200” markalı avtomobili yaşadığı evin yaxınlığında tapılıb. Bir neçə nəfər ona hücum edərək naməlum istiqamətdə aparıblar. Hadisə yerində B. Əkbərovun üzərində qan izləri olan papağı tapılıb.

B. Əkbərov ət məhsullarının satışı ilə məşğul olub.






24 Aprel, 2015  13:28 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner