Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sayt rəhbərinə rəsmi xəbərdarlıq edildi

Azərbaycanda hərbi texnikaların hərəkət trayektoriyası barədə məlumat yayan saytın rəhbərinə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Simsar.az-a bildirib ki, Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistan hərbçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlanılmaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunub, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etməsini özündə əks etdirən videogörüntülər yerləşdirilib.

Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.






24 Aprel, 2015  12:57 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner