Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Dünyanın ən böyük sirki satıldı

Modern rəqs və akrobatikanı birləşdirən dünyanın ən böyük sirki - "Cirque du Soleil" satılıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadalı sirk rəhbərliyindən verilən açıqlamada sirkin Amerika-Çin özəl sərmayə şirkəti "TPG Capital" adlı quruma satışında nəticə əldə edildiyi bildirilib. Sirk Qay Laliberte tərəfindən 1984-cü ildə Montrealda qurulub. Satışdan sonra da sirkin bu şəhərdə qalacağı açıqlanıb.
Satışla bağlı dəqiq məlumat verilməsə də, sirkin qiymətinin 1,5-2 milyard dollar olduğu iddia edilir. Qurucu Q.Lalibertedə kiçik hissəyə sahib olacağı sirkdə fəaliyyətini davam etdirəcək. Adıçəkilən sirk səhnə dizaynı, rəqsləri, geyimləri, makiyajları ilə sirk sənətində çığır açıb. Sirkdə yüzlərlə insan çalışır. Hər il onların tamaşaları üçün 20 milyona yaxın bilet satılır.
"Cirque du Soleil"in sahibi Qay Laliberte 2009-cu ildə hətta kosmosa belə çıxıb. O, astronom və kosmonovtlara kloun görkəmində şou göstərmişdi. Kosmik səfəri üçün o 35 milyon dollar ödəniş etmişdi.






22 Aprel, 2015  13:01 Baxılıb: 1743 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner