Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Argentinada Heydər Əliyevin ildönümü qeyd edilib

Tədbir iştirakçılarına ispan dilində çoxsaylı materiallar təqdim olunub

Mayın 10-da Argentinanın nüfuzlu UADE Universitetində (Universidad de Empresa) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın ölkəmizə qarşı təcavüzündən, daxili siyasi qeyri-sabitliyin mövcud olduğu bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyevin atdığı addımlardan danışıb. 

Məmməd Əlizadə bildirib ki, Heydər Əliyevin apardığı enerji strategiyası Azərbaycanı bu gün qlobal enerji təhlükəsizliyinə böyük töhfə verən ölkəyə çevirib. Onun sözlərinə görə, hazırda bu siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Tədbir çərçivəsində müstəqil Azərbaycan haqqında film nümayiş etdirilib, habelə iştirakçılara səfirlik tərəfindən nəşr olunmuş ispan dilində çoxsaylı materiallar təqdim olunub.






12 May, 2011  00:41 Baxılıb: 1573 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner