Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan rəssamının əsəsrləri İpone və İpad-lərə yerləşdirilib

Azərbaycan Milli İncəsənət Muzeyində Mənzər Haciyeva və Nərminə Vəliyevanın təqdimatında  “Metamorfoz”adlı layihə təqdim edilib. Simsar.Az xəbər verir ki, iki gənc əl işlərində xanımların hiss və duyğularını əks etdirib. Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişkən obrazlarını, onun həm gözəl ovlad, gözəl qadın gözəl ana, bir sözlə onun həyat etaplarında dəyişkən obrazları göstərməyə çalışıb. Rəssam Nərminə Vəliyeva əsərlərində Orxoz qadınlar təsvir edib.Orxoz qədim yunan sözü olub və tərcümədə yumurta deməkdir.Bu da  qadınların həyatın başlanğıcı,yeni doğuluş,həyat simvolu olmasına işarə edir.Qadın hissələrinin onun duyğularının müxtəlif çalarlarını kətanlar üzərində əks etdirib.
Təqdimat Mərasimində  Mənzər Hacıyevanın geyimləri modellərlə birlikdə Nərminə Vəliyevanın tabloları ilə  harmoniya yaradıb. Muzeyin direktoru Cingiz Fərzəliyev açılışda iki gənc istedadlı xanımların layihələrini alqışladığını bildirdi və onları təbrik edib. Xalq rəssamı  professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevanin  cox istedadlı rəssam kimi tanıdığını və onun Azərbaycan incəsənətində özünəməxsus bir yolun olduğunu qonaqların diqqətinə çatdırdı.Rəssamlar İttifaqının katibi professor Ağaəli İbrahimov Nərminə və Mənzərin istedadını önə çəkərək, onlara bu yaradıcı tondeminə dəstəy olduğunu bildirdi. Qeyd edək ki, sərgidə 20 geyim dizaynı və 15 rəsm  əsəri nümayiş olunub.
Məlumat üçün bildirək ki, Mənzər Hacıyeva Nyu-York University-nin məzunudur.Məhz moda sahəsində gənc dizayner artıq bir cox ölkələrdə  dizayn şarfları ilə tanınır. O Michael Kors, Lanvin, Zak Posen, Narciso Radrigues kimi məşhur dizaynerlərin studiyalarında çalışıb. Nərminə Vəliyeva isə Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun reyasət heyyətinin üzvüdür. Bir çox beynəlxalq rəsm müsabiqələrinin qalibidir.Alman Rəssamı Stephan Geisler tərəfindən Almaniyada dərslər alıb. Həmçinin Alman rəssamı İnga Shmit tərəfindən ustad dərsləri alıb. Sərgiləri Amerika Almaniya İtaliya və bir çox ölkələrdə keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda saxlanılır. Barəsində iki sənədli film çəkilib . Bu yaxınlarda  Nərminə Vəliyevanın əsəri Amerikada İpone və İpad -larin qablarında yerləşdirilib.






21 Aprel, 2015  14:42 Baxılıb: 1729 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner