Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Məhəmməd Mursiyə hökm oxunub.
Simsar.az xəbər verir ki, məhkəmənin hökmünə əsasən Mursi 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2013-cü ildə Misirdə Məhəmməd Mursinin tərəfdarları ilə ona qarşı çıxanlar arasında baş verən toqquşmalar zamanı 38 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanmışdı.