Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elektron kitabxana təqdim olundu


Azərbaycan Dövlət İqtisad Univeristetində (ADİU) elektron kitabxananın təqdimat mərasimi keçirilib. İnteraktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya çatdırılıb. Univeristetdən Simsar.az-a verilən məlumata görə, library.asue.edu.az domainində qurulan elektron kitabaxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” (danışabilər sənəd forması) formatındadır. Zəngin resurlara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.
Saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir.
Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin istəklərini də qeydə ala bilməsidir. Rəy bildirmə hissədə istifadəçilər sayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər.
Saytda həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün şərait yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və Böyük Britaniyanın Milli Kitabxanasına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib.






21 Aprel, 2015  13:13 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner