Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Almaniya da “soyqırım” deyəcək

Alman hökuməti, 24 Apreldə 1915-ci il hadisələrinin 100-cü ili münasibətilə verəcəyi açıqlamada “soyqırım” ifadəsini istifadə etməyə hazırlaşır.

Simsar.az xəbər verir ki, bu barədə dw.de məlumat yayıb.

Bildirilir ki, Almaniya hökuməti, 24 Apreldə 1915-ci il hadisələrinin 100-cü ildönümü münasibətilə verəcəyi açıqlamada Türkiyə ilə olan əlaqələr nəzərə alınmaqla “soyqırım” ifadəsinin istifadə etməməsini planlaşdırır.

Ancaq mətn layihəsində “soyqırım” ifadəsinə yer verilməməsi koalisiya təşkil edən partiyalar içində reaksiyaya səbəb olub.

İqtidardakı Sosial Demokrat Partiya və Xristian Birlik Partiyalarının son mətn layihəsində isə, 1915-də dövrün türk rejiminin bir milyondan çox erməninin “planlı şəkildə məhvinə başladığı” ifadəsinə yer verilir.

Mətndə "Onların taleyi XX əsrin dəhşətli izlərini daşıdığı kütləvi qırğın, etnik təmizləmə, deportasiya və soyqırımlar tarixinə nümunə təşkil edir. Bununla yanaşı Almaniyanın günah və məsuliyyətini daşıdığı Holokostun həyat yoldaşı olmadığını da dərk edirik" ifadələri yer alır.

Federal hökumət sözçüsü Steffen Seibert, Alman hökumətinin bu mətnin arxasında dayandığını vurğulayıb.

Almaniya Prezidenti Joachim Gauckun da cümə axşamı bu çərçivədə Berlin Kilsəsində keçiriləcək ayin zamanı edəcəyi çıxışında soyqırım sözündən istifadə edəcəyi güman edilir.

Sözügedən bəyanatla bağlı Alman hökumətinin Ankara ilə bir gərginlik yaşanmasını gözləyib gözləmədiyi sualına Xarici İşlər Nazirliyi sözçüsü Martin Schäfer "Gözləyib görəcəyik" cavabını verib.

Hüseyn İbadlı






21 Aprel, 2015  11:02 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner