Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSMF-yə ən çox MDB-dən müraciət olunur

Əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi Dövlət Sosial Müdafiə  Fondunun (DSMF) əsas prioritetlərindəndir. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, fonda  xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlər də daim vaxtlı-vaxtında  araşdırılır və bu müraciətlərin operativ cavablandırılması təmin edilir.
Bu ilin ilk 3 ayında DSMF-yə daxil olan 1030 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 652 müraciət göndərilib ki, bunların da 613-nü Rusiyadan daxil olan müraciətlər təşkil edir. Müraciətlərin mövzusu ümumilikdə vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 66 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 312 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.






21 Aprel, 2015  10:05 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner