Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda pul bazası azalıb

2015-ci il martın 1-nə olan vəziyyətə görə Azərbaycanda genişləndirilmiş pul bazası 9 736,1 milyon manat təşkil edib ki, bu da əvvəki aylarla müqayisədə 9,5 faiz azdır.

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-fevral aylarının yekunları üzrə hesabatında deyilir.

İllik hesabatda ölkədə pul bazası 13,4 faiz azalıb. Müqayisə üçün: 2014-cü il fevralın yekunları üzrə bu göstərici 11 244,6 milyon manat olub.

AMB-nin məlumatına əsasən, 2015-ci il martın 1-nə manatda pul bazası 9 109,9 milyon manat olub. Bu göstərici yanvarda 10 551 milyon manat, 2014-cü ilin martın 1-də isə 11 136,5 milyon manat təşkil edib.

Hesabat dövründə tədavüldəki pul həcmi 8 701,1 milyon manat təşkil edib, hərçənd bu rəqəm yanvarda 10 145,3 milyon manat, 2014-cü il martın 1-nə isə 10 617,8 milyon manat olub.

2015-ci ilin fevralında tədavüldəki pul kütləsinin pul bazasına nisbəti əvvəlki aylarla müqayisədə 4,9 faiz, 2014-cü il martın 1-nə olan analoji göstərici üzrə isə 5 faiz azalaraq 89,4 faiz təşkil edib.

2015-ci ilin fevralında bank ehtiyatları 1 028,4 milyon manat olub ki, bu da yanvara nisbətən 70,12 faiz və 2014-cü ilin fevralı (617,7 milyon manat) ilə müqayisədə isə 66,5 faiz çoxdur.






20 Aprel, 2015  22:51 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner