Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Merin həyatını xilas etmək üçün DİN hamını aldatdı

Rusiaya Daxili İşlər Nazirliyi Yoşkar Ola merinin qətlinin qarşısının alınması üçün onun itkin düşməsi səhnələşdirib.

Simsar.az-ın məlumatına görə, bu haqda Yoşkar Ola administrasiyasının saytında bildirilir.

Ötən həftənin sonunda mer Pavel Plotnikovun itkin düşməsi ona qarşı sui-qəsdin sifarişçilərinin axtarışı üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarının operativ işi ilə bağlı olub.

“Merin "yox olma" əməliyyatı Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının operativ işi üçün şərt idi. Federal idarələrin əməkdaşları merin və onun ailəsinin planlaşdırılan qətlinin qarşısının alınması üzrə tədbirlər həyata keçiriblər. Bütün əlaqədar strukturların əməkdaşlarının düzgün işi nəticəsində mümkün qətlin sifarişçilərini aşkar etmək mümkün olub. Bu günə qədər Yoşkar Olanın meri Plotnikov şəhərdə olub", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Pavel Plotnikov 31 oktyabr 2014-cü ildən Yoşkar Ola şəhərinin meridir. O, əvvəllər də şəhər administratorluğunda işləyib. Merin adı vəzifə səlahiyyətlərini aşmaqda, dövlət büdcəsinə ziyan vurmaq kimi cinayət işlərində hallanıb. Konkret olaraq 21 milyon rubldan çox vəsaitin mənimsənilməsində əsas fiqurant olaraq tanınırdı.

Lakin keçən ilin sonlarında Pavel Plotnikova qarşı başlanan cinayət işi dayandırılır. Bu ilin fevralından isə Mari El prokurorluğu Yoşkar Ol şəhərinin merinə qarşı cinayət işini yenidən qaldırmağa qərar verir.






20 Aprel, 2015  22:20 Baxılıb: 989 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner