Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəb direktoru barədə cinayət işi başlandı

Azərbaycanda orta məktəbdə yol verilən qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, R.Sadıqov adına Bakı şəhəri 136 nömrəli tam orta məktəbin fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı orta məktəbin direktoru Lütfiyyə Qasımovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris illərində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaratmaq, dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul almasında, habelə məktəbin bəzi müəllimləri işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri aparılır.






20 Aprel, 2015  19:16 Baxılıb: 793 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner