Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Londondakı azərbaycanlılardan Ermənistan səfirliyi önündə aksiya - Fotolar

Londonda yaşayan bir qrup azərbaycanlı və beynəlxalq hüququn dəstəkçiləri mülki azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanın 20 ildən artıqdır işğalı altında olan Kəlbəcər rayonunda girov götürülməsinə etiraz olaraq aksiya keçiriblər.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz piketində iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirib, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər.

Qeyd olunub ki, girovluqda olan iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən saxlanılıblar. Digər şəxs, 38 yaşlı Həsən Həsənov isə öldürülüb. Həmin ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.

AAC-ın Böyük Britaniya ofisinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Cək Peqoraro bildirib ki, azərbaycanlı girovlar onların torpağını işğal edən qüvvələrin qondarma məhkəməsi tərəfindən mühakimə olunublar: “Onların yaşını diqqətə alsaq, bu insanların öz doğmalarının qəbirlərini ziyarət etməkdən başqa bir niyyətlə ora getdiklərini düşünmək cəfəngiyat olar. Biz burada bu şəxslərin dərhal azad edilməsini və Ermənistan qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq.

Qeyd edilən şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasını, beynəlxalq humanitar hüququ,  BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasını pozur və Ermənistanın mülki və siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland da Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb edib”.

Bildirilib ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini sözügedən girovların mülki şəxs olduğunu nəzərə alaraq, bu qeyri-qanuni aktı pisləyib: “Bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, işğal bu günə qədər davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri-konstruktiv mövqeyinin göstəricisidir”.






20 Aprel, 2015  18:33 Baxılıb: 1046 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner