Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan silahları Türkiyə sərgisində -FOTO

İstanbulda keçirilən “İDEF-2011” X Beynəlxalq Müdafiə Sərgisi bu gün işini davam etdirib.

APA-nın İstanbula ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, sərgidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Yavər Camalovun rəhbərliyi ilə isə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edir. 

Bu gün S. Əbiyev və Y. Camalovun rəhbərlik etdiyi nümayəndə heyətləri xarici şirkətlərin, o cümlədən Türkiyə şirkətlərinin sərgidəki stendlərinə baş çəkib. Onlar Türkiyənin bir sıra yeni silah və texnikaları ilə tanış olublar.

Azərbaycanın sərgidəki stendi də xarici nümayəndə heyətləri tərəfindən sıx ziyarət olunub. Türkiyənin müdafiə naziri Vəcdi Könül, müdafiə sənayesi katibi Murad Bayar, Gürcüstanın müdafiə naziri Baço Axalaya, bir sıra ölkələrin müdafiə nazirləri, hərbi şirkətlərin nümayəndələri Azərbaycanın stendi ilə tanış olublar. Bundan başqa, Azərbaycan və xarici nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, müzakirələr aparılıb. Dünən Azərbaycanın stendi ilə tanış olanlar arasında Türkiyə prezidenti Abdulla Gül də olub.

Azərbaycan sərgidə ilk dəfə olaraq yerli müəssisələrdə istehsal olunmuş 120 mm-lik minaatan, əl pulemyotu, tankların üzərində quraşdırılan pulemyot, 12,7 mm çaplı “İstiqlal” snayper tüfəngi, mart ayında istehsalına başlanılan pilotsuz uçan aparatların maketini, həmçinin Cənubi Afrika Respublikasının (CAR) “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı texnikaların maketlərini nümayiş etdirir.

Qeyd edək ki, APA-nın əməkdaşının sərgidə iştirakına “Paramount Group” dəstək verir.






11 May, 2011  20:33 Baxılıb: 2825 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner