Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Alimlər bir araya gəldi

Elmlər Akademiyasının Rəyasət Heyəti prezidentin sərəncamlarının icrasını müzakirə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti ölkə prezidenti İlham Əliyevin AMEA ilə bağlı son zamanlar verdiyi sərəncamların icrası ilə əlaqədar iclas keçirib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov məlumat verib. 

A. Həşimovun sözlərinə görə, iclasda kimya profilli institutların maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər hazırlanıb. Rəyasət Heyəti həmin təkliflərin qısa müddətdə təqdim olunması ilə bağlı qərar verib. İclasda Geologiya, Fizika və Polimer Materialları İnstitutların təmir olunması ilə bağlı müvafiq işlərin görülməsi ilə əlaqədar göstəriş də verilib: “İclasda AMEA-da Aqrar bölmənin yaradılması üçün komissiyanın təşkil olunması və Ekologiya və Təbii Sərvətləri Nazirliyi ilə birgə Xəzər Elmi Mərkəzin yaradılması ilə bağlı təkliflərin hazırlanması barədə qərarlar verilib. Azərbaycana gətirilən elmi cihazların gömrük rüsumdan azad olunması haqqında Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qərara uyğun olaraq, AMEA-da görülən işlərlə bağlı komissiya yaradılıb. İclasda həmçinin elmi tutumlu cihazların əlavə dəyər vergisindən azad edilməsi üçün təsdiqedici sənədlərin hazırlanması ilə bağlı da komissiya yaradılıb”.






11 May, 2011  20:10 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner